26 Avqust 11:10
1 943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir həftə əvvəl Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan münasibətləri də müzakirə mövzusu oldu, Kreml sahibi bununla bağlı növbəti dəfə ölkəsinin vasitəçilik missiyasını təklif etdi.

Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, Putin Bakıda olarkən bu mövzuları Paşinyanla da müzakirə edəcəyini açıqlamışdı:

“Səfərdən bir neçə gün sonra Putin-Paşinyan telefon danışığı baş tutdu, amma görüşün təfərrüatları və nəticələri barədə ictimaiyyətə heç nə deyilmədi, quru və səssiz rəsmi açıqlama heç nəyi izah eləmədi.

Axı Bakıda nə müzakirə olunub ki, nəticədə Ermənistan rəhbərliyi ilə də söhbət aparıldı və mövzu niyə ictimaiyyətə lazımınca çatdırılmadı?

Paşinyan Rusiyanın vasitəçilik roluna razı olubmu, sərhədlərin delimitasiyası ilə bağlı son məsələlər müzakirə edilibmi, sülh müqaviləsi danışıqları ilə bağlı Bakıda nələr haqda danışılıb və ya çatdırılıb, Ermənistan rəhbəri baş verənlərlə bağlı nə düşünür?”.

Abramyan baş verənlərin və mümkün nəticələrin Ermənistan üçün ağır nəticələr doğuracağını iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər