30 Avqust 20:37
6 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistandan tələb etdiyi konstitusiya dəyişikliyi 2027-ci ildən də tez keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Erməni nəşri Bakının bu tələbinin İrəvan tərəfindən qəbul olunduğunu bildirir:

“Ədliyyə naziri Qriqor Minasyan söyləyib ki, razılaşmaya əsasən, konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Baş nazir Nikol Paşinyan bir neçə həftə əvvəl bəyan etmişdi ki, Ermənistanın konstitusiya dəyişikliyinə yox, yeni konstitusiyaya ehtiyacı var. O, həmçinin İslahatlar Komitəsinə 2026-cı ilin dekabrına qədər yeni konsepsiya yazıb təqdim etməyi tapşırıb.

Paşinyan yeni konstitusiya layihəsi hazırlamağa çalışarkən, Azərbaycan mütəmadi olaraq Ermənistan konstitusiyasının dəyişdirilməsi, Müstəqillik Bəyannaməsinə istinadın preambuladan çıxarılması tələblərini xatırladır”.

Ermənistan konstitusiyasında istinad olunan “Müstəqillik Bəyannaməsi”ndə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı bunun sülhə yeganə mane olduğunu bəyan edib.

“Past”ın fikrincə, Nikol Paşinyan hökumətinin 2027-ci ilə qədər məlum akta istinadı konstitusiyadan çıxarmaqla bağlı ciddi istəyi var.

“Baxmayaraq ki, Paşinyanın referendumun təşkili ilə bağlı bir az tez qərar verməsi də istisna edilmir”, - nəşr əlavə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər