31 Avqust 16:21
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı Ruben Vardanyan milyardlarını Qərb sanksiyalarından qorumaq üçün Rusiya vətəndaşlığından imtina etdikdə Kreml ondan üz döndərdi.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında söyləyib ki, Azərbaycanla sülh müqaviləsinin yekun variantınının 17 maddəsindən 13-ü razılaşdırılıb: “Bizim təklifimiz budur ki, razılaşdırılmış bəndlər əsasında sülh müqaviləsi imzalayaq”.

Paşinyan yerdə qalan məsələləri sonrakı danışıqlar prosesində həll etməyi təklif edib. Aydındır ki, Ermənistan konstitusiyasının Azərbaycana qarşı ərazi iddiasını əks etdirən bənd razılaşdırılmayan məsələlər içində yer alır. Paşinyan dəyişikliyi zəruri saysa da, bunu gələcəkdə həll etməyə üstünlük verir. Halbuki Prezident İlham Əliyev konstitusiya dəyişikliyinin sülh sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürüb və bu mövqedə dəyişiklik yoxdur”, - ekspert bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini də söyləyib:

“Ermənistan başçısı Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini bildirib. Paşinyan Putinin xətrinə dəyməmək üçün çoxtərəfli danışıqlar formatını da nəzərdən keçirə biləcəklərini deyib. Rəsmi Bakı birbaşa danışıqların əleyhinə deyil, bu məsələdə konsensus var.

Paşinyan ermənilərin Qarabağa qaydışının mümkün olmadığını da açıqlayıb. Haqlıdır, ermənilərin Qarabağa qayıtmaları üçün Azərbaycan vətəndaşlığını qəbul etmələri lazımdır. Onlar isə Azərbaycan vətəndaşı olmaq istəmirlər. Demək, geri qayıda bilməyəcəklər.

Paşinyanın bir maraqlı açıqlaması da Ruben Vardanyan haqqında olub: “Vardanyan Rusiya vətəndaşlığından imtina etdi. Kim onu Ermənistan və Qarabağa göndərdi? Hansı zəmanətlərlə göndərilmişdi? Niyə onu göndərən sonda dedi ki, onu çox yaxşı tanımır və onun ölkəsinin vətəndaşı deyil?”

Paşinyan bu cümləsi ilə ona işarə edib ki, Vardanyanı Qarabağa Moskva göndərsə də, sonra ona sahib çıxmayıb. Bunun səbəbi bəllidir. Rusiyada milyardlara sahib olan və şirkətlərini idarə edən Vardanyanın qəfil Qarabağa gəlişinin Moskvanın planı olduğunu biz də bilirdik. Ancaq Vardanyan milyardlarını Qərb sanksiyalarından qorumaq üçün Rusiya vətəndaşlığından imtina etdikdə Kreml ondan üz döndərdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər