1 Sentyabr 10:59
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Kamran Əliyev növbədənkənar parlament seçkilərində səs verib.

Teleqraf.com xəbər verir ki, Baş prokuror 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 15-ci seçki məntəqəsində səs verib.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər