17 Sentyabr 14:51
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti tezliklə sülh müqaviləsini imzalamağa tələsir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Hermine Mxitaryan deyib.

“Danışıqlar prosesi ətrafında proseslərin payızda gərginləşəcəyi və intensivləşəcəyi gözlənilir. Əsas problemlər xarici aktorlardan qaynaqlanır. Xüsusən də seçkiyə hazırlaşan ABŞ bu səbəbdən bölgələrdə, eləcə də Cənubi Qafqazda fəaliyyəti müəyyən qədər məhdudlaşdıracaq. Başda Rusiya olmaqla, qarşı tərəflər ABŞ-ın daxil olacağı fasilə dövründən istifadə edəcək. Yəni sülh müqaviləsinin imzalanması ilə bağlı təzyiqlər bununla bağlıdır. Bu təzyiq əsasən Qərbdən gəlir”, - ekspert bildirib.

Mxitaryanın sözlərinə görə, İrəvan Qərbin təzyiqləri qarşısında göstərməyə çalışır ki, müqaviləni imzalama hazırdır:

“Aylar əvvəl absurd görünən məsələlərin indi artıq danışıqlar mövzusu olduğunu da görürük. Məsələn, bu gün Ermənistanda Konstitusiya dəyişikliyi məsələsi ən yüksək səviyyədə daim vurğulanır. Konstitusiya ilk dəfə müzakirə olunanda çox az adam bu mövzunun sülh müqaviləsinə çata biləcəyini düşünərdi, amma o nöqtə çatdıq. Üstəgəl, bu gün Qərbi Azərbaycan mövzusu təbliğ olunur, dəhliz (Zəngəzur) məsələsi də danışıqlar prosesi və reallıqlardan kənarda qalmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər