İranın ali lideri Əli Xameneyi raket hücumundan sonra yenidən İsraili təhdid edib.
Teleqraf.com "Times of İsrail"ə istinadən xəbər verir ki, ali lider bu barədə "X" sosial şəbəkəsində paylaşımında yazıb.
Əli Xameneyi İranın yeraltı silah anbarının fotosunu paylaşaraq Tehranın qələbəsinin yaxın olduğunu qeyd edib:
“Qələbə Allahdandır və o yaxındır. Qiyam cəbhəsinin zərbələri sionist rejiminə daha güclü və daha ağrılı olacaq" - Xameneyi deyib.
İranın rəsmi "ISNA" xəbər agentliyinin yaydığı məlumata görə isə, raketlər Tel-Əviv yaxınlığındakı “üç hərbi bazanı” hədəfə alıb.