Biz sülh müqaviləsini göstərib deyə bilmərik ki, birinci bənddə bu, ikincidə filan şey yazılıb və sair. Bu, qarşı tərəfə ədalətli gəlməyəcək. Sülh müqaviləsi layihəsində beynəlxalq diplomatik təcrübədən məlum olmayan heç nə yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan söyləyib.
“Əslində, təklif olunan sülh müqaviləsinin məzmunu ictimaiyyətə açıqlanıb. Mən müxtəlif hallarda həmin məqamlara toxunmuşam, burada məxfilik məsələsi yoxdur, sadəcə diplomatik dürüstlük məsələsi var”, - baş nazir bildirib.
Paşinyan əlavə edib ki, Azərbaycanla razılaşdırılmış 13 bəndin etibarlılığına heç kimin şübhəsi olmamalıdır. Ermənistan rəhbəri müqavilə ilə bağlı ictimaiyyətdən heç nəyi gizlətmədiklərini vurğulayıb.