Ermənistanla Azərbaycan arasında sülh uzaq perspektivdə deyil, əlçatandır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.
“Ermənistanla Azərbaycan arasında sülh uzaq bir ümid deyil, mümkündür, hətta əlçatandır. Ermənistan dialoqu davam etdirməyə hazırdır. Bu fürsəti əldən verə bilmərik”, - komitə sədri qeyd edib.