Belçika mina çağırışları məsələsində Azərbaycana dəstəyini davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bunu oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.
O, Ermənistan-Azərbaycan münasibətləri ilə də bağlı regional sabitlikdə Belçikanın maraqlı olduğunu deyib.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə son dövrlərdəki irəliləyişi qeyd edən səfir bu istiqamətdə atılan addımları Belçikanın təşviq etdiyini söyləyib.
O, eyni zamanda, Azərbaycanın üzləşdiyi mina çağırışları məsələsində də Belçikanın ölkəmizə, həmçinin, ANAMA-nın fəaliyyətinə göstərdiyi dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayıb.