1 Mart 2015 11:19
1 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin guya şənbə günü günorta saatlarında ölkə Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumatı təkzib edir.

Bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

V. Dərgahlı bildirib: “Ermənistan KİV-lərinin guya Azərbaycan Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumat həqiqətə uyğun deyildir”.

Ermənistan KİV-ləri, həmçinin hərbi toqquşma zamanı Ermənistanın iki hərbçisinin – Artak Sedrakoviç Agekyan (1979-cu il) və Ayk Qrioqoroviç Baroyan (1995-ci il) – öldürüldüyü barədə məlumat yayıblar.


Müəllif:

Oxşar xəbərlər