“Azərbaycanın dövlət qeydiyyatında olan 901 tarixi abidə erməni işğalı altındadır. Bunlardan 609-u yerli əhəmiyyətli, 285-i ölkə əhəmiyyətli və 13-ü beynəlxalq əhəmiyyətli abidədir”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı bildirib. Onun sözlərinə görə, muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, kolleksiyalarda, ibadət yerlərində, şəxsi mülklərdə qorunan eksponat və digər əşyaları bura aid etmək olar: “Halbuki bu kateqoriyaya aid ilan 26 muzey, şəkil qalereyası, fərdi şəxslərə aid minlərlə eksponat torpaqlarımızın işğalı zamanı ermənilər tərəfindən mənimsənilərək Ermənistana aparılıb və bir qismi isə Almaniya, Fransaya, Amerika kimi böyük dövlətlərin şəhərlərində satışa çıxarılıb və ya ermənilər üçün “nüfuzlu” bilinən hüquqi və fiziki şəxslərə hədiyyə edilib”.
Azərbaycanın dövlət rəhbərliyi tərfindən qiymətləndirmə prosesində qiymətləndirmənin hərtərəfli olmasına cəhd göstərildiyini deyən X.Kazımlının sözlərinə görə, qismən guya toxunulmaz olan abidələr var ki, onların xarici görünüşünə xələl gətirilsə də daxili və xarici faydalılığına xələ gətirmək üçün onların eybəcərləşdirilməsinə şərait yaradırlar. Bunlar əsasən arxeoloji və memarlıq qurumuna daxil olan binalar, tikililər, qurğulardır ki, inşa edildikləri və ya qurulduqları yerlərdə öz mövcudluqlarını qiusmən də olsa qoruyub saxlaya bilib.
X. Kazımlının dediyinə görə araşdırmalar nəticəsində məlum olub ki, işğal altındakı abidələrimiz dövlət qeydiyyatında olan abidələrimizin tərkibi müxtəlif olmaqla onların sayı barədə fundamental faktlar var: “Təxminən bunlardan 50 ədəd türbə, 67 məscid, 92 ziyarətgah, 106 ədəd məbəd, 262 xalqəmızın ulu tarixini əks etdirən xatirə abidəsi, 253arxeoloji abidə, 39qala, bu tipdən olan 32körpü daxildir. Bunların hər birinin beynəlxalq qiymətləndirmə əsasında və beynəlxaq ekspertlərin iştirakıyla dəyərləndirilməsiüçün fəaliyyət planı hazırlanıb. Memarlıq abidələri içərisində ermənilər tərəfindən çox dağıntı və tələfatlara məruz qalan islam dini abidələridir. Bura məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri olub”.
X.Kazımlı deyib ki, Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində fəaliyyət göstərmiş 67 müsəlman məscidinin Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8 və sairə 63-ü dağıdılmış, 4 məscid isə yararsız hala çatdırılmışdır. Beynəlxalq təşkilatların müdaxiləsi nəticəsində Ağdam Cümə Məscidinin, Şuşa şəhərindəki aşağı Gövhərağa , yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını qismən salamat saxlamaq mümkün olub.
BƏXTİYAR