11 Mart 2015 17:08
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədi ilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, növbəti maarifləndirici tədbir 10 saylı cəzaçəkmə müəssisəsində keçirilib.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsləhətçisi Mahir Qəniyev, Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Aslan Həbibov və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər. “Müsəlmanlar arasında vəhdətin əhəmiyyəti” mövzusunda keçirilən seminar-treninqdə dinlə əlaqədar suallar cavablanıdırlıb, çıxışlar edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər