11 Mart 2015 17:53
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı beynəlxalq tədbirlərdə iştirak ediblər.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Türkiyənin Böyük iyirmilərin sammitinə (G20) sədrliyi dövründə Azərbaycan Respublikası xüsusi dəvətli ölkə olaraq G20 tədbirlərinə dəvət olunub. Həmin dövrdə şerpa (dövlət və hökumət başçılarının xüsusi nümayəndələri) istiqamətində Antikorrupsiya üzrə işçi qrupun iclaslarının keçirilməsi nəzərdə tutulub.

Martın 4-5-də İstanbul şəhərində Antikorrupsiya üzrə işçi qrupun ilk iclası keçirilib.

Tədbirdə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının qiymətləndirmə mexanizmləri, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq, dövlət və özəl sektorun şəffaflığı, yüksək riskə malik sektorlarda korrupsiyanın qarşısının alınması və digər məsələlər müzakirə edilib.

Antikorrupsiya üzrə işçi qrupun ilk iclasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib.

Bundan başqa, O.İsayev martın 6-da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Türkiyə hökuməti tərəfindən təşkil edilmiş 5-ci yüksək səviyyəli konfransda da iştirak edərək müzakirə edilən məsələlərlə bağlı iştirakçı ölkələrin nümayəndələri ilə səmərəli fikir mübadiləsi aparıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər