Xəzər dənizində 4,7 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, yeraltı təkanlar martın 12-də yerli vaxtla saat 04:42-də, Astara rayonundan 13 km cənubi-şərqdə, 48 km dərinlikdə qeydə alınıb.
Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.