2 Aprel 2015 17:10
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə müdafiə naziri İsmət Yılmaz arasında ikitərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün faydalı olduğu qeyd olunub.

Sonra regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

BƏXTİYAR


Müəllif: