7 Aprel 2015 13:09
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayon İcra Hakimiyyətinin informasiya təminatı və analitik təhlil sektorunun müdiri Vəfadar Zeynalov paytaxtın “Montin” adlanan qəsəbəsində fəaliyyət göstərən "Montinburg" adlı da pivə barının loqosuna erməni cəlladı, vaxtilə türklərə qarşı qətliamlarda fəal iştirak etmiş Andranik Ozanyanın şəklinin vurulması məsələsinə münasibət bildirib.

Sektor müdiri Publika.az-a açıqlamasında məsələdən məlumatsız olduğunu söyləyib. Onun sözlərinə görə, bu cür hərəkətlər çox səhv addımdır:

“Bunu kim vurubsa, çox səhv edib. Belə hərəkətlərə yol vermək olmaz. Ancaq bunu dəqiqləşdirmək lazımdır. Əgər belə hal varsa, təbii ki, İcra Hakimiyyəti bununla bağlı müvafiq addımlar atacaq. Qanından azərbaycanlı qanı axan adam belə hallara yol verməz”.


Müəllif:

Oxşar xəbərlər