17 Aprel 2015 13:38
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 24-də saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində (20 yanvar küç.148) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Mingəçevir, Şəki, Yevlax, Ağdaş rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 23-ü saat 11:00-dək “192”Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-24) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Müəllif:

Oxşar xəbərlər