19 Aprel 2015 14:55
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 20-də İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın Azərbaycana işgüzar səfəri başlayır.

Trend-in Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu səfər Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti çərçivəsində baş tutur.

Dehqan bu səfərdə Azərbaycanın yüksək rütbəli hərbi və siyası rəsmiləri ilə görüşlər aparacaq.

Görüşlərdə ikitərəfli munasibətlər, hərbi əməkdaşlıqların genişləndirilməsi, həmçinin regiondakı son vəziyyətin muzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Zakir Həsənov keçən il aprel ayında İrana rəsmi səfər etmişdi.


Müəllif:

Oxşar xəbərlər