“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev tutduğu vəzifədən azad edilib.
Teleqraf.com-un məlumatına görə, onu tanınmış jurnalist Anar Nəcəfli əvəzləyəcək.
A.Nəcəfli özü faktı təsdiqləyib, o bildirib ki, bu gündən yeni vəzifəsinin icrasına başlayıb.