22 Aprel 2015 11:20
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sevil Massivində vətəndaşlara vurulan ziyanın geri qaytarılmasıyla bağlı iş gedir. Hazırda 1279 şəxsə vurulan ziyanla bağlı ödəniş təmin olunub. Həmin cinayət işilə bağlı 3 nəfər həbs edilib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin 1-ci rübü ərzində görülmüş işlərə dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cinayət işi ilə bağlı Hökməli bələdiyyəsinin sədri barəsində əvvəlcə həbsqətimkan tədbiri görülsə də, sonradan səhhətindəki problemlər və həm də ziyanın ödənilməsi zamanı aktiv iştirakına görə dəyişdirilib.

K. Əliyev həmçinin bildirib ki, hadisə ilə bağlı ümumilikdə 5 nəfər barəsində cinayət işi açılıb.
“1279 şəxsə ziyanın ödənməsi təmin olunub. Ödənməyən vətəndaşlar isə ziyanın hansı formada ödənməsi ilə bağlı razılığa gəlməyənlərdir. Məsələn, elə insanlar var ki, onlara 7-ci mərtəbədə ev təklif olunur, amma onlar orta mərtəbəni istəyirlər və ya küncdə mənzil istəmirlər. Bəzi insanlar isə ancaq pul tələb edirlər. Bir qisim ziyanı ödənməyən insanlar var ki, biz onlarınb işinin araşdırılması üçün ekspertiza təyin etmişik”.

Təxminən 9 milyon manatdan artıq əmlak üzərində həbs qoyulduğunu deyən K. Əliyev bildirib ki, yəqin ki, məhkəmə qərarından soinra zərə çəkmiş digər vətəndaşlara da çəkdikləri ziyanın ödənişi təmin olunacaq.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər