22 Aprel 2015 12:50
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda vətəndaşların mənzil-tikinti kooperativləri tərəfindən aldadılmasının qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib: “Təəssüf ki, vətəndaşların mənzil-tikinti kooperativləri (MTK) tərəfindən aldadılması halları var. Biz belə hallarla mübarizə aparırıq. Bu dövr ərzində MTK-ların fəaliyyəti ilə bağlı bir sıra işlər aparılıb. Gələcəkdə belə halların qarşısının alınması üçün qanunvericiliyə müəyyən dəyişiklərin edilməsi nəzərdə tutulur. Bununla bağlı təkliflər hazırlanıb və müvafiq quruma təqdim edilib”.

O qeyd edib ki, Baş İdarənin səlahiyyətlərinin artırılması üçün qanunvericiliyə ciddi dəyişiklik edilməsinə ehtiyac yoxdur. Kamran Əliyevin sözlərinə görə, əsas məsələ vətəndaşlarla işlərin düzgün qurulmasıdır: “Vətəndaşlar özləri də bu məsələdə fəal olmalıdır. Məsələn, vətəndaş pulla diplom alanda bilmir ki, bu saxtadır? Vətəndaş özü bilərəkdən bəzi işlərə gedir, sonra gəlib deyir ki, zərərçəkmişəm. Hələ bilmək olmaz, o zərərçəkəndir, yoxsa cinayətdə tərəf?”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər