22 Aprel 2015 13:01
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsinin tətbiqi ilə bağlı hazırda təkmilləşdirmə işləri aparılır”.

Bu barədə Korrupsiyaya qarşı Mübarizə Üzrə Komissiyanın katibi Vüsal Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.

Vüsal Hüseynov bildirib ki, komissiya vəzifəli şəxslərin gəlir bəyannaməsinin qəbulunda maraqlı qurumdur. Amma bu proses ləngiyir: “Sənədə ABŞ, Avropa ekspertləri rəy veriblər. Sənəd müəyyən razılaşdırma mərhələsi keçib. Hazırda müəyyən təkmilləşdirilmələr aparılır”.

Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev isə bildirib ki, Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsinin tətbiqi mütləq icra ediləcək: “Çalışırıq ki, bunun ən optimal formasını seçək. Hazırda bu sahədə bir neçə ölkənin təcrübəsini öyrənirik. Bəzi ölkələrdə bu sənədin tətbiqi öz səmərəsini vermədi. Biz də çalışırıq ki, bu sənədin tətbiqi ən səmərəli şəkildə tətbiq edilsin. Azərbaycanın hüquq sisteminə ən uyğun format öyrənilib tətbiq ediləcək”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər