27 Aprel 2015 14:49
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın paytaxtı Berlində qondarma erməni soyqırımı iddialarına qarşı izdihamlı yürüş-mitinq keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə,10 minə yaxın insanın iştirak etdiyi etiraz aksiyası Berlinin mərkəzi meydanı olan Uraniyaddan başlayıb. Daha sonra şəhərin küçələri ilə davam edən aksiya Brandenburq qapıları yanında sona çatıb.

Yürüş iştirakçıları əllərində Türkiyə və Azərbaycan bayraqları, erməni terrorçuların qətlə yetirdiyi türk diplomatlarının fotolarını, “ASALA dinc insanları qətlə yetirib”, “Tarixdən düşmənçilik yaratmayın”, “Soyqırımı məsələsi parlamentdə müzakirə edilməz” kimi erməni yalanlarını əks etdirən türk və alman dillərində plakatlar tutublar”.

Aksiya iştirakçıları Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair şüarlar da səsləndirib. Əsl soyqırımı aktının ermənilərə qarşı deyil, məhz türklərə qarşı həyata keçirildiyini yerli ictimaiyyətin diqqətinə çatdırıblar.

Almaniyanın bir çox şəhərlərində fəaliyyət göstərən türk federasiyalarının təşkilatçılığı ilə keçirilən etiraz aksiyasına bu ölkədəki Azərbaycan diasporu da dəstək verib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər