“Araşdırma aparmadan hansısa ölkəni soyqırımı törətməkdə ittiham etmək olmaz”
İsveç hökuməti 2010-ci ildə ölkə parlamentinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi “soyqırım” qərarı rədd edib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı İsveç Xarici İşlər Nazirliyinin sözçüsü Erik Boman açıqlama verib.
Onun sözlərinə görə, araşdırma aparılmadan İsveç parlamenti bir ölkənin soyqırım etməsi ilə bağlı qərar verə bilməz.
Boman qeyd edib ki, parlament müstəqil assambleyanın araşdırmasına görə hərəkət edəcək: “100 il əvvəl baş vermiş hadisə ilə bağlı araşdırma aparılmadan parlament qərar verməyəcək”.
Yayılan məlumatlara görə, İsveç hökumətinin verdiyi qərar erməni və süryani lobbilərinin narazılığına səbəb olub. İsveç dövlət televiziyasına danışan İsveç Süryani Federasiyasının prezidenti Afram Yakub Baş nazir Stefan Löfvenin sentyabrda keçirilən seçkilərdən əvvəl söz verməsinə baxmayaraq, geri addım atdığına və 24 aprel yürüşlərinə qoşulmamasına görə təəssüfləndiklərini bildirib.
Samir