30 Aprel 2015 22:45
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində bu ölkənin sabiq prezidenti Abdullah Gülün şərəfinə ziyafət təşkil olunub.


APA-nın xəbərinə görə, ziyafətdə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, baş nazirin müavini Abid Şərifov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı, parlamentin vitse-spikerləri Ziyafət Əsgərov və Bahar Muradova, Şeyxülislam Hacı Allahşükür Paşazadə, deputatlar, KİV rəhbərləri, ziyalılar iştirak ediblər.

Tədbirdə çıxış edən Abdullah Gül Azərbaycanın bölgələrində olduğunu, son günlər isə Bakının bir çox yeri ilə tanış olduğunu deyib. O, Bakının, ümumilikdə Azərbaycanın inkişafının göz önündə olduğunu, bu dəyişikliyə şahidliyini, Azərbaycan prezidenti İlham Əliyevin bu inkişafda misilsiz rolu olduğunu qeyd edib.

Baş nazirin müavini Abid Şərifov qonağı salamlayıb, onunla tanışlıq tarixindən danışıb, Abdullah Gülün hər zaman türk xalqlarının və dövlətlərinin inteqrasiyası üçün çalışdığını vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər