1 May 2015 17:09
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər naziri general-polkovnik Ramil Usubov Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı şəhər və rayonlarının sakinlərini Göyçay rayon polis şöbəsində qəbul edəcəkdir.

Nazirliyini mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş 2015-ci il may ayının 30-da, saat 10:00-da baş tutacaq

Qəbul başa çatdıqdan sonra daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən şəxslərin sıra baxışı keçiriləcəkdir. Sıra baxışında, yalnız qeyd edilən şəhər və rayonların aşağıdakı şərtlərə cavab verən sakinləri iştirak edə blərlər:

- müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), əvvəllər məhkum olunmamış, tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, həmçinin boyu 170 santimetrdən aşağı olmayan Azərbaycan Respublikasının qadın vətəndaşları.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Müsabiqəyə yuxarıda göstərilən şəhər, rayon polis şöbələrinin post-patrul nizami hissələri üzrə 30 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından kişi cinsli vətəndaşlara üstünlük veriləcəyinin nəzərə alınması xahiş olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər