1 May 2015 17:23
785

Respublikanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov Hüquqi Təşəbbüslərin Dəstəklənməsi Beynəlxalq Fondu, Beynəlxalq Hüquqşünaslar İttifaqı, Moskva Hüquqşünaslar Klubu və Rusiya Hüquqşünaslar Assosasiyası tərəfindən təsis edilmiş Femida beynəlxalq ali hüquq mükafatına layiq görülüb.

Teleqraf.com-un xəbərinə görə, mükafat bu gün Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr edilmiş “Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda keçirilən Rusiya, Türkiyə, Almaniya, Makedoniya və Azərbaycanı təmsil edən, hüquq sahəsində tanınmış görkəmli alimlərin iştirak etdiyi III beynəlxalq elmi konfransda təqdim olunub.

Hüquqi Təşəbbüslərin Dəstəklənməsi Beynəlxalq Fondun və Rusiya Federasiyasının Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqınının prezidenti hüquq elmləri doktoru, professor İqor Mixayloviç Maçkeviç ali mükafatı və diplomu təqdim edərkən nitq söyləyib. O öz çıxışında prof.İ.Rəhimovun bu mükafata demokratik cəmiyyət quruculuğu və hüquqi dövlət institutlarının inkişafındakı xidmətlərinə görə layiq görüldüyünü bildirib.

Tədbirdə Türkiyə Cümhuriyyəti Gazi Universitetinin kafedra müdiri, hüquq elmləri doktoru, professor İlyas Doğan, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Beynəlxalq Elm Mərkəzinin rəhbəri hüquq elmləri doktoru, professor Viktor Nikolayeviç Qriqoriyevç, Almaniya Potsdam Universiteti hüquq fakültəsinin iqtisadi cinayətlər kafedrasının müdiri hüquq elmləri doktoru, professor Uve Xellman, Makedoniyanın Müqəddəs Kirill Üsulları Universitetinin dekan müavini hüquq elmləri doktoru, professor Nikola Tupançevski və digər ölkələrdən gəlmiş alimlər iştirak edirdilər.

1996-cı ildə təsis edilmiş Femida beynəlxalq ali hüquq mükafatına dünyanın bir çıra görkəmli, tanınmış ictimai-siyasi, dövlət xadimləri, nüfuzlu, hüquq sahəsində özünü təsdiq etmiş alimləri layiq görülüb.

Rusiya Federsiyası Ali Məhkəməsinin sədri V.M.Lebedev, Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov, Almaniya Federativ Respublikası Ali Məhkəməsinin hakimi h.e.d. Ditrix Bayer, Qazaxıstan Ali Məhkəmə Şurasın sədri h.e.d. İ.İ.Roqov, Rusiya Elmlər Akademiyası dövlət və hüquq institunun direktoru akademik B.N.Topornin, Avropa Şurası Baş katibinin müavini, h.e.d. Qans Kristian Kryuger, Qırğıstan Konstitusiya Məhkəməsinin sədri, h.e.d. Ç.P.Baekova, Rusiya Hökuməti sədrinin müaviniD.N.Kozak, Rusiya Federasiyasının Baş prokuroru Y.R.Çayka, Qazaxıstan Respublikasının prezidenti, N.A.Nazarbayev, Moskva Dövlət Universitetinin rektoru, akademik V.A.Sadovniçi, Rusiya Federasiyası Hökumətinin sədri, D.A.Medvedev və başqaları bu mükafatı alanlar sırasındadırlar.


Müəllif:
[X]
1xBet