4 May 2015 15:15
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə bir neçə rayonun polis rəisləri yeni təyinat alıb.

Teleqraf.com xəbər verir ki, nazirin bir neçə gün əvvəl imzaladığı müvafiq əmrlərə əsasən, Ucar rayon Polis şöbəsinin (RPŞ) rəisi Tahir Quliyev tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) rəisinin müavini vəzifəsinə, BNMİ-nin rəis müavini Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Oğuz RPŞ-nin rəisi vəzifəsinə, Oğuz RPŞ-nin rəisi Cəmil Əmirov vəzifəsindən azad edilərək Şəmkir RPŞ-nin rəisi vəzifəsinə, Şəmkir RPŞ-nin rəisi Şükür Mehdiyev isə BNMİ-nin rəis müavini vəzifəsinə təyin olunublar.

Faktı Trend-ə DİN-in mətbuat xidmətindən də təsdiq ediblər.


Müəllif:

Oxşar xəbərlər