Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədrli tutuduğu vəzifədən azad olunub.
“AZERFAX”ın(AFA) əldə etdiyi məlumata görə, A.Qədiri işdən getmək barədə bu gün ərizə yazıb. Səhiyyə naziri Oqtay Şirəliyev onun ərizəsini qəbul edib.
A.Qədirli sayta açıqlamasında işdən getdiyini təsdiqləyib.
Məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyiant da olub. Səhiyyə nziri
Oqtay Şirəliyevin əmrilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsində Liya Bayramova təyin olunub.
Qeyd edək ki, L.Bayramova bunda əvvəl “Zerkalo” qəzetində şöbə müdiri vəzifəsində çalışıb.