Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.
Teleqraf. com xəbər verir ki, nazirlik nümayəndələri Türkiyə milli müdafiə naziri İsmət Yılmazın dəvəti ilə İstanbul şəhərində keçirilən “İDEF-2015” adlı 12-ci Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak ediblər.
Səfər zamanı nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirib, nümayiş olunan texnika və avadanlıqlarla, habelə müxtəlif təqdimatlarla yaxından tanış olmuş, nazirliyin maddi-texniki bazasının daha da gücləndirilməsi üçün fövqəladə halların idarə olunması və mülki müdafiə sahəsində ən müasir avadanlıqların istehsalı ilə məşğul olan bir sıra xarici şirkətlərlə danışıqlar aparılıb.
İLHAMƏ