Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda ehtiramla yad olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin və konsulluğun əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, eləcə də bu ölkədə fəaliyyət göstərən digər Azərbaycanın şirkətlərinin, Marneulidəki Azərbaycan Mədəniyyəti Mərkəzinin, “Borçalı İrəli” İctimai Birliyinin, şəhər ictimaiyyətinin nümayəndələri, azərbaycanlı tələbələr mayın 10-da Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Rustavi şəhərinə gəliblər. Burada da Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub. Ulu Öndərin adını daşıyan parka toplaşanlar Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər düzüblər.