Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcək.
Qeyd edək ki, təlimlər mayın 16-dək davam edəcəkdir.
BƏXTİYAR