“Evimdən silah-sursat tapılması haqda yazılanlar ağ yalandır”
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə evində silah-sursat aşkar edilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən qeyd edib.
Deputat bildirib ki, onun silaha ehtiyacı yoxdur: “ Əgər yazılanlar doğrudursa, polis gəlib mənə imza atdırsın. Mən dindar adamam, evimdə heç vaxt silah olmayıb. İndi kəndə gedirəm, məsələni araşdıracam"
Qeyd edək ki, bu gün Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkarlanması barədə məlumat yayılıb. “Qafqazinfo” onun məlumatına görə, Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb.
Ayxan