17 May 2015 21:34
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə səfərdə olan Türkiyənin baş prokuroru Hasan Erbil və xanımı Azərbaycan Xalça Muzeyində olublar.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, qonaqlar qədim Azərbaycan xalçalarına böyük maraqla baxıb, burada yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Ətraflı məlumata görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya minnətdarlığını bildirən Hasan Erbil deyib: “Burada yaradılan şəraiti və xalçaları çox bəyəndim. Çünki buradakı sənət inciləri bizə daha yaxındır. Həyat yoldaşım Huriyyə xanım da xalça toxumaqla məşğul olduğu üçün bu sənət nümunələri mənim üçün daha çox maraq kəsb edir”.


Müəllif:

Oxşar xəbərlər