19 May 2015 09:53
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin döyüş hazırlığı proqramına uy­ğun olaraq “Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş düşmən qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdirilməsi” mövzusunda Dövlət Sərhəd Xidmətinin (DSX) çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə “Ağgöl” səhra təlim mərkəzində tak­­tiki təlimlərə başlanılıb.

Teleqraf.com DSX-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlərdə helikopterlər tərəfindən idarə olunan və idarə olun­ma­yan raketlərdən atışlar keçirməklə döyüş tapşırıqlarının icrası, düşmənin hava hədəflərinin daşınan ze­nit-raket kompleksləri vasitəsilə məhv edil­mə­si və zirehli texnikaların döyüş şəraitində tətbiqi nəzərdə tutulub.

Təlimlərin məqsədi DSX-nın çevik hərəkət bölmələri və avi­asiya qüvvələri arasında əlaqələndirməni inkişaf etdirməklə yüksək qar­şılıqlı fəaliyyətə nail olunması, bölmələrin idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin məşq etdirilməsi, şəxsi heyətə Vətənə məhəbbət, silaha inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanmasıdır.

Təlimlər may ayının 21-dək davam edəcək.


Müəllif:

Oxşar xəbərlər