İctimai Televiziya və Radio Yayımları şirkəti Bakı şəhəri Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğın hadisəsi ilə əlaqədar öz proqramına dəyişiklik edib.
İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb.