24 May 2015 16:47
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvarda keçid məntəqəsində problemin yaranması barədə yayılan xəbərlərə rəsmi aydınlıq gətirilib.

Teleqraf.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında problemin yaranması barədə yayılan məlumata aydınlıq gətirib.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən verilən məlumata görə, keçid məntəqənin gömrük zonasında dünən də, bu gun də heç bir problem yaranmayıb.

Qeyd edək ki, dünən bəzi informasiya saytlarında İran İslam Respublikasına keçmək istəyən 1000-ə yaxın şəxsin Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında növbə gözləməsi barədə həqiqətə uyğun olmayan xəbərlər yayılmış, məsələyə aidiyyatı olmayan və guya bu sıxlığı əks etdirən fotoşəkil yerləşdirilmişdir.


Müəllif:

Oxşar xəbərlər