26 May 2015 16:10
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsinin yekun konfransı 10 ölkədən miqrasiya işçilərini əldə olunan nəticələri və gələcək əməkdaşlıq planlarını müzakirə etmək üçün Kiyevdə toplayıb.

BMT-nin Azərbaycan nümayəndəliyindən Teleqraf.com-a verilən məlumata görə, hökumətin sığınacaq sahəsində çalışan işçiləri üçün intensiv təlimlər, rus dilində məlumat tədqiqat bazasının yaradılması və keyfiyyətin təminatı mexanizmlərinin yaradılması Azərbaycanda sığınacaq sistemini inkişaf etdirən əsas nailiyyətlərdəndir.

İki il yarım müddəti olan, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən birgə maliyyələşdirilən və komissarlıq tərəfindən həyata keçirilən layihə Avropa İttifaqının şərq qonşuluğuna daxil olan aşağıda qeyd olunan altı ölkədə sığınacaq axtaran şəxslərin və qaçqınların himayəsinin gücləndirilməsinə yönəlib: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna. İştirakçı ölkələr Avropa İttifaqının dörd üzv dövlətin, Almaniya, Polşa, Rumıniya və İsveçin aktiv şəkildə layihəyə cəlb olunmasından yararlanıblar. 2.5 milyon avro büdcə ilə layihə iştirakçı ölkələrdə keyfiyyətin artırılmasına, sığınacağa dair qərar qəbuletmə porsedurunun ədalətli və effektiv olmasına yönəldilib.

Milli sığınacaq sisteminin birgə qiymətləndirilməsini həyata keçirdikdən sonra, Azərbaycan mövcud inkişafı gücləndirmək, müəyyən olunmuş boşluqları aradan qaldırmaq və keyfiyyətin təminatı mexanizmini yaratmaq üçün öz üzərinə öhdəlik götürüb.

BMT QAK-ın Ukrayna üzrə əməliyyatlarının rəhbəri cənab Jan-Noel Vattervald bildirib ki, regiondakı sığınacaq sistemləri beynəlxalq himayə normaları ilə harmoniya şəklində sürətlə dəyişir. Bu inkişaf xüsusilə layihənin həyata keçirilməsinə başlanılan vaxtdan son iki il ərzində nəzərə çarpır.

100-dən artıq regional konfrans, birgə təlimlər, tədris yönümlü səfərlər və fərdiləşdirilmiş təlimlər vasitəsilə bu layihə iştirakçı ölkələrə ən vacib zəif məqamlara diqqət yetirməyə və sığınacaq məsələlərinə dair praktiki əməkdaşlığı gücləndirməyə kömək edib. Avropa İttifaqına üzv dövlətlər özlərinin ən yaşxı təcrübələrinə dair məsləhətlər vermiş və ən zəngin təcrübələrini regionda yaradılan yeni sığınacaq sistemləri ilə bölüşüblər. Şərqi Avropanın miqrasiya işçiləri Sığınacağa Dəstək üzrə Avropa Ofisi tərəfindən Avropa İttifaqına üzv dövlətlər üçün tərtib edilmiş bir neçə təlim modullarında iştirak etmək imkanı qazanıblar. Həmin modulların rus dilinə tərcümə edilməsi, yeni əməkdaşlar və digər ölkələr üçün bu vəsaitlərin asan əldə olunmasına və istifadəsinə şərait yaradıb.

Qaçqın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar əsas açar sənədlərin ən böyük elektron məlumat bazasını təşkil edən Refworld (www.refworld.org.ru) elektron saytının rus dilində fəaliyyətə başlaması mənşə ölkələrindəki vəziyyətlə bağlı yeni, əhatəli və obyektiv məlumatların təmin olunmasına kömək edib. İndi sığınacaqla məşğul olan əməkdaşların sığınacağa dair vəsatətləri təhlil etmələri üçün pulsuz tam və hərtərəfli məlumatlara çıxışı vardır.

2013-cü ilin dekabr ayından toplu hesabat kolleksiyaları, təlimat sənədləri, beynəlxalq himayəyə dair tövsiyələr, həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları, Avropa İttifaqının normatiq-hüquqi sənədləri və müvafiq milli qanunvericilik də daxil olmaqla 10 mindən artıq rus dilində sənəd saytda yerləşdirilib. Uşaqlar; gender bərabərliyi və qadınların vəziyyəti; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sənədləri; qaçqınların himayəsi və beynəlxalq miqrasiya; qaçqın statusunun müəyyənləşdirilməsi; və BMT-nin insan hüquqlarının müdafiəsinə dair sisteminə dair məlumatlar hüquq müdafiəçiləri, məhkəmə orqanlarının əməkdaşları, alimlər və tədqiqatçılar da daxil olmaqla geniş auditoriya üçün faydalı olacaqdır.

“Biz bu müsbət dinamikanın davam edəcəyinə ümid edirik. Effektiv və şəffaf sığınacaq prosedurlarının yaradılması ilə biz ehtiyacı olan daha çox insanın təhlükəsizlik və himayə əldə etmələrini təmin edə bilərik” – deyə cənab Vattervald bildirib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər