3 İyun 2015 17:03
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Şamaxı və İsmayıllı rayonlarında baş verən zəlzələdən sonra Şamaxı rayonunda bu gün ikinci dəfə zəlzələ qeydə alınıb.

Teleqraf.com AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, Şamaxı ərazisində ikinci zəlzələ saat 16:07-də qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Bundan əvvəlki zəlzələ isə Şamaxı ərazisində saat 14:32-də baş vermişdi. Zəlzələ hiss olunmuşdu.

Zəlzələ ocağının dərinliyi 5 km, maqnitudası 4,6 olub.

İlkin məlumatlara əsasən, saat 15:07-də İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmuşdu.


Müəllif:

Oxşar xəbərlər