Bu gün Bakı-2015" Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Koalisiyası “ABŞ-da insan hüquqlarının vəziyyəti” mövzusunda tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə koalisiyanın koordinatoru Rufiz Qonaqov çıxış edib və Azərbaycana qarşı təzyiqləri pisləyib.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxış edərək bildirib ki, kütləvi idman yarışları hər zaman sülhə səsləyən bir tədbirdir və bu amil indi də öz aktuallığını qoruyub saxlayır: “Lakin Bakıda keçiriləcək idman yarışı ilə bağlı mövcud ayrı-seçkilik təəccüb doğurur. Dünyanı qarşıdurmalar və münaqişlər yolu ilə idarə etməyə çalışan qüvvələr Azərbaycanın bu tədbirinə və sülh çağırışına qarşı çıxırlar. Ermənistanda keçirilən idman yarışlarında Azərbaycan idmançılarının iştirak məsələsini siyasi addım kimi qiymətləndirən bu qüvvələr indi ölkəmizdə həyata keçirilən Avropa Oyunlarına qarşı çıxır”.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə qeyd edib ki, dini və etnik baxımdan tolerant olan Azərbaycan bütün bunların əksini həyta keçirən ABŞ-da müzakirə olunur: “Azərbaycan 39 xüsusi məruzəçinin Azərbaycana girişini açıq elan edib. Lakin bunların bir çoxu ABŞ-a gedə bilməz, getsə də turist kimi gedə bilər. ABŞ heç zaman multikulturalizmi dəstəklənməyib. Belə olan halda bu ölkənin radiosu tərəfindən Azərbaycanın müzakirə edilməsi nə dərəcədə düzgündür?
Hesab edirik ki, dövlətlər bir-biri ilə bağlı insan hüquqları barədə müzakirələr apara bilərlər, lakin onların daxili işinə qarışa, təzyiq göstərə bilməzlər”.
CASCFEN sədri Azər Həsrət deyib ki, ABŞ-da qaradərililərin ağdarəlilərə nisbətdə öldürülmə faktı 21 dəfə artıqdır. Onun sözlərinə görə, 1944-cü ildə 14 yaşlı bir gənc ölüm hökmünə məhkum edilib və hökm dərhal icra edilib: “Həmçinin ayaqları elektrik stuluna çatmadığı üçün ayaqlarının altına Bibliyanı qoymuşdular. Həmin gəncə bir neçə il əvvəl bəraət verilib. Son Ferqusson hadisələri zamanı 82 jurnalist polis təzyiqinə məruz qalıb. Buna baxmayaraq, insan haqları təşkilatlarının biri bununla bağlı bəyanat verməyib. Ötən il təkcə 14 yaşında xeyli sayda qaradərili insan öldrülüb. ABŞ-ın bu kimi əadlətsiz əməllərinə bir təşkilat yox demir, deyə bilmir”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, Panamerika oyunları zamanı 1,2 milyard dollar milyad dollar xərclənməsi nəzərdə tutulurdusa, 2,5 milyard dollar xərclənib. Onun sözlərinə görə, ABŞ hesab edir ki, ondan başqa hər yerdə korrupsiya var: “Lakin ötən aralıq seçkiləri üçün 4 milyard dollar pul xərclənib. Bu Amerikada siyasi korrupsiyanın olduğunu göstərir. Lakin Azərbaycanda bu kimi hallar qanunla qadağan edilir. Azərbaycan Avropa Oyunlarını keçirməklə bir daha öz gücünü sübut edəcək”.
“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri Elman Nəsirov qeyd edib ki, ABŞ o ölkələrdə narıncı inqilab edir ki, orada milli valyuta üstünlük təşkil edir: “Bunu amerikalı ekspertlər dilə gətirirlər. İraqda, Liviyada və digər yerlərdə bu kimi "inqilablar"a nail olublar. Bu yaxınlarda amerikalı bir jurnalist qeyd edir ki, Con Kerrinin həyata keçirdiyi inqilabların sayı 64-ə çatır. Azərbaycan belə rəngli inqilablar üçün məkan deyil. Bizi başqa ölkələrlə qarışıq salmasınlar”.
Koalisiyanın koordinatoru, “Bakı Xəbər” qzəetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, Amerikada mövcud huquq pozuntuları ilə bağlı xeyli sayda faktlar var: “Məqsəd o deyil ki, anti-Amerika təbliğatı aparaq. Sadəcə, başqa dövlətlərə hörmətlə yanaşılmalıdır, digər xalqların daxili işlərinə qarışılmamalıdır. Amerika konstitusiyasında qeyd edilən “təhlükəsiz yaşamaq” prinsipi real həyatda öz əksini tapmır. Bunu indi ABŞ-da baş verən hadisələr də bir daha sübut edir. Çox yaxşı olar ki, öz ali qanununu pozan bir dövlət digər stabil dövlətlərin, vətəndaşlarının təhlükəsizliyi təmin edən ölkələrin daxili işlərinə qarışmasın”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Rəfail Becanov, Məhərrəm Zülfüqarlı, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, MQF-nin prezidenti Rauf Zeyni, iqtisadçı ekspert Fikrət Yusifov, politoloq Mübariz Əhmədoğlu və digərləri mövzu ilə bağlı çıxış ediblər.
BƏXTİYAR