Məlum olduğu kimi “Sərhədsiz Reportyorlar” təşkilatı ilk Avropa Oyunlarının rəsmi sponsorlarına müraciət edərək, bu idman yarışını boykot etmətə çağırır.
Bu boykota əsas səbəb kimi isə bir sıra qondarma fikirlər - yenə də insan haqları, siyasi məhbus və jurnalistlərin həbsi ilə bağlı iddiaları səsləndirir .
Maraqlısı odur ki, eyni gündə və demək olar ki, sinxron olaraq ABŞ-da fəaliyyət göstərən erməni təşkilatı, Azərbaycana qarşı daim qarayaxma kompaniyası aparan Amerika Erməni Milli Komitəsi də Bakıda keçiriləcək ilk Avropa Oyunlarını boykot etməyə çağırıb .
Bəllidir ki, ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatı olaraq uzun illər ərzində erməni terror təşkilatı ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış edib. Bu fakt əslində, Azərbaycana qarşı qara piar aksiyasının xarici dairələr və ermənipərəst qüvvələrin işbirliyi ilə vahid mərkəzdən idarə olunması fikrini bir daha təqdiqləmiş olur . Bu piar kampaniyasının önündə isə "Freedom House”, "Amnesty İnternational” , “Sərhədsiz Reportyorlar” və "Human Rights Watch” təşkilatları dayanır.
Bəs görəsən, Azərbaycana qarşı əsassız iddialar irəli sürən bu təşkilatlar nə üçün Avropada və ABŞ-da dini, irqi diskriminasiyanı, rasizmi, neonasizmi və insan hüquqlarının kütləvi şəkildə pozulmasını görmürlər, yaxud görmək istəmirlər? Halbuki Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması, müstəqil bloqqerlərin, hakimiyyətləri tənqid edən medianın sıxışdırılmasına dair çoxsaylı faktlar mövcuddur.
Göründüyü kimi qərəzi hər kəsə bəlli olan bu qurumlar 2012-ci ildə "Eurovision” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi indi də I Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv fikir formalaşdırmağa çalışır. Adları çəkilən təşkilatların ermənipərəst mövqeyi və antiazərbaycançı dairələrin sifarişini yerinə yetirdiyi hər kəsə məlumdur. Bu təşkilatlar haqqında artıq belə bir qəti rəy formalaşıb. Onlar insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək inkişaf etməkdə olan müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirməklə məşğuldur.