22 İyun 2015 17:06
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Strasburqa Avropa Şurası Parlament Assambleyasının yay sessiyası öz işinə başlayıb.

Hazırda sessiyada iştirak edən İctimai Liderlərin Məşvərət Məclisi” İctimai Birliyinin sədri Həsən Şıxəliyevin Teleqraf.com-a verdiyi məlumata görə, sessiyada Maltanin prezidenti çıxış edib

.

Prezident əsasən, dünyada gedən proseslərdən, terrorizmdən, qadın zorakılığından danışıb. Xanım prezident eyni zamanda qadın sünnətinə qarşı çıxıb, bunu edənlərin cəzalandırılmasının vacibliyini qeyd edib, bildirib ki, qadın və kişi bərabərliyi reallıqda olmalıdır. O, əlavə edib ki, Maltada eyni cinsdən və fərqli cinslərdən olan insanlar nigaha daxil ola bilərlər. Yəni Malta qanunları bütün insanlara eyni hüquq verir. Daha sonra kasıbçılıq haqda danışan prezident qeyd edib ki, kasıblıq artıq kiminsə deyil, cəmiyyətin sosial problemidir.

Prezidentin çıxışından sonra ona deputatların sualları olub. Prezident isə ona ünvanlanan sualları cavablandırıb.

Bununla da AŞPA sessiyasının ilk iş gününün birinci hissəsi başa çatıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər