22 İyun 2015 22:27
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın rəhbəri Ramazan Abdulatipov gələn il Xəzər dənizindəki neft-qaz ehtiyatlarının mənimsənilməsinə həsr edilmiş forum keçirilməsi təklifi ilə Rusiya Prezidentinə müraciət etmək niyyətində olduğunu bildirib. O daha sonra deyib: “Məncə, həmin forum Dərbənddə keçirilməlidir”.

Ramazan Abdulatipov deyib: “Bizim şirkətlərimiz Xəzər dənizində işə başlamaqda gecikməməlidirlər. Bunu izah etmək üçün mən 2016-cı ilin oktyabr ayında Xəzəryanı dövlətlərin regionlarının iştirakı ilə Xəzər forumu keçirilməsini planlaşdırıram. Xəzərətrafı məkanda regionlararası əməkdaşlığı inkişaf etdirmək lazımdır. Fikrimcə, Prezident bu ideyanı dəstəkləyəcək”.

Dağıstan rəhbərinin fikrincə, həmin forumun əsas mövzusu Xəzər dənizi ətrafındakı regionlar arasında əməkdaşlığın nizamlanması məsələsi olmalıdır. O deyib: “Bu məsələ Rusiyadan əsasən Dağıstana və Həştərxan vilayətinə aiddir”.

R.Abdulatipov vurğulayıb: “Üzərində birgə işləyə biləcəyimiz və işləməli olduğumuz problemlərin siyahısı genişdir. İran və Qazaxıstan şirkətləri mənə dəfələrlə müraciət ediblər, lakin bizim əsas tərəfdaşımız, əlbəttə, Azərbaycan olmalıdır”.


Müəllif:

Oxşar xəbərlər