4 İyul 2015 09:28
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda distant təhsilin tətbiqi mexanizmləri hazırlanır.

Bunu Trend-ə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Azərbaycan Təhsil Nazirliyinin himayəsi altında aparılır.

Ə.Muradov qeyd edib ki, Azərbaycanda distant təhsil haqqında qanunvericilik mövcuddur, lakin hələ onun tətbiqinin konkret mexanizmləri yoxdur: "Hazırda mexanizmlərin formalaşdırılması üçün ölkənin Təhsil Nazirliyinin rəhbərliyi altında işlər aparılır və ADİU ölkədə distant təhsilin tətbiqi üzrə ilk ali məktəb olmağa iddialıdır".

Bu təcrübəyə dəqiq keçmə tarixini açıqlamayan rektor əlavə edib ki, bu, yaxın gələcəkdə reallaşa bilər.


Müəllif: