9 İyul 2015 17:18
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR prezidenti Rövnəq Abdullayevin başçılığı ilə şirkətin nümayəndə heyəti Yaponiyada səfərdədir.

Teleqraf.com Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, səfərin məqsədi Yaponiya şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi, SOCAR-ın həyata keçirdiyi layihələrdə Yaponiya şirkətlərinin iştirakının və əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır.

Səfər çərçivəsində R.Abdullayev Yaponiyanın ən böyük neft-qaz hasilatı və emalı şirkəti olan INPEX Korporasiyasının prezidenti Toshiaki Kitamura ilə görüşüb. Görüşdə SOCAR-ın vitse-prezidentləri Süleyman Qasımov və Tofiq Qəhrəmanov, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Yaponiya tərəfdən isə INPEX şirkətinin Avrasiya və Yaxın Şərq regionu üzrə vitse-prezidenti Yasuhisa Kanehara və AÇG və BTC layihələri üzrə aktivlərin idarə olunması üzrə vitse-prezident Akihiko Kurashina iştirak ediblər.

Görüşdə INPEX şirkətinin SOCAR-ın layihələrində, o cümlədən "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində iştirakı, AÇG üzrə gələcək əməkdaşlıq, Azərbaycanın daxilində və xaricdəki layihələrdə mümkün əməkdaşlıq perspektivləri, SOCAR mütəxəssisləri üçün İNPEX şirkətində treninqlərin təşkil olunması və digər məsələlər müzakirə edilib.


Müəllif:

Oxşar xəbərlər