10 İyul 2015 10:49
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.

"Report"un məlumatına görə, iclasda DİN rəhbərliyi, kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrin rəisləri iştirak edirlər.

İclasda 2015-ci ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur.

Kollegiyada Azərbaycanda keçirilən "Bakı 2015" l Avropa Oyunları zamanı iştirakçıların, qonaqların və tamaşaçıların təhlükəsizliyinin qorunması, ictimai asayişin təmin olunması sahəsində polisin fəaliyyəti də müzakirə ediləcək.


Müəllif:

Oxşar xəbərlər