11 İyul 2015 13:21
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 16-da saat 14:00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 59) bu bölgədən olan vətəndaşları qəbul edəcək.


Komitədən Teleqraf.com-a daxil olan məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - İsmayıllı, Qəbələ, Şamaxı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 15-i saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Müəllif:

Oxşar xəbərlər