ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanaya yola düşüblər. Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter"dəki səhifəsində yazıb.
Onun sözlərinə görə, Vyanada vasitəçilər Minsk qrupunun üzv ölkələrinin nümayəndələri ilə brifinq keçirəcəklər: "Brifinqdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı fikir mübadiləsi aparacağıq. Sonra Bakıya yola düşəcəyik".