28 İyul 2015 18:21
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polisə müqavimət göstərən şəxsin barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, bəzi kütləvi informasiya vasitələrində paytaxtın Yasamal rayonu ərazisində guya valideyni hüquq-mühafizə orqanlarında işləyən və general ali xüsusi rütbəsi daşıyan şəxsin idarə etdiyi avtomobillə həmin ərazidə xidmət aparan polis əməkdaşlarının üstünə sürərək onlara xəsarət yetirməsi barədə işin hallarına uyğun olmayan informasiyalar dərc olunub.

Belə ki, 25 iyul 2015-ci il tarixdə saat 17 radələrində Yasamal rayon sakini, 1994-cü il təvəllüdlü Hətəmov Elçin Elşad oğlu rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Arif Qasımov və Tariyel Mahmudovun yol hərəkətinin tənzimlənməsi ilə bağlı qanuni tələblərinə tabe olmayaraq sonunculara təpik və yumruqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək xəsarətlər yetirməsində kifayət qədər əsaslı şübhələr olduğundan faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Hətəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Göstərilənlərlə yanaşı bildiririk ki, E.Hətəmovun valideynləri hüquq-mühafizə orqanlarının əməkdaşı deyil və heç bir ali xüsusi rütbə daşımırlar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər