Ötən gün Novxanı çimərliyində batan tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı 36 yaşlı Mahir Allahverdiyevin axtarışları davam etdirilir.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
“Mahir Allahverdiyev və onunla birgə iki nəfər skuterlə dənizin içinə doğru 5 km irəliləyiblər. Skuter çevrilərək aşıb. İki nəfərin xilasedici jileti olduğundan onları xilas etmək mümkün olub. Amma Mahir Allahverdiyevin xilasedici jileti olmayıb. Hazırda həmin şəxsin axtarışları davam etdirilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Mahir Allahverdiyevin Novxanı çimərliyinə dostları ilə birlikdə getdiyi bildirilir.